Əlaqə Arxiv
news Image
2013.12.28
21:44
| A A A
Azərbaycan nümayəndə heyəti İsrail və Fələstində səfərdə olub

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər MASHAV-ın dəvəti ilə olub. MASHAV-ın Yerusəlim şəhərində yerləşən baş qərargahı  ziyarət edilib. Azərbaycan nümayəndə heyəti MASHAV Agentliyinin fəaliyyəti ilə yaxından tanış olub, həmçinin mümkün əməkdaşlıq imkanları ətrafında müzakirələr aparıb. Tərəflər arasında mövcud təcrübələrinin bölüşdürülməsi istiqamətində gələcəkdə də fikir mübadiləsinin davam etdirilməsinə dair razılığa gəlinib.

 

AİDA nümayəndə heyəti həmçinin, bu ilin 11 iyun tarixində Bakıda keçirilmiş "Qüds şəhərinin inkişaf etdirilməsi məqsədilə Strateji Sektor Planının maliyyələşdirilməsinə dair İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirlərinin donor konfransı" zamanı Azərbaycan Respublikası tərəfindən götürülmüş yardım öhdəliklərinin yerinə yetirilməsi və həyata keçiriləcək layihələrin müəyyən edilməsi məqsədilə Ramallah və Qüds (Yerusəlim) şəhərlərinə də səfər edib.

 

Səfər zamanı sözügedən məsələ ilə bağlı Fələstinin dövlət qurumları və müvafiq beynəlxalq təşkilatların rəhbər işçiləri ilə görüşlər keçirilib.

 

Razılığa gəlinib ki, tərəflər həyata keçiriləcək layihələrin razılaşdırılması üzrə danışıqları davam etdirəcəklər.

Sizin Reklam Yeriniz