Əlaqə Arxiv
news Image
2013.12.28
17:57
| A A A
Uşaq bağçalarında növbəti nöqsanlar

Şirvan şəhərində bir neçə məktəbəqədər tərbiyə müəssisəsində qidalanmanın dövlət standartına uyğunluğu araşdırılıb. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, qeyd edilən müəssisədə yoxlama Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Salyan Ərazi İdarəsi tərəfindən həyata keçirilib. Məlumata görə, araşdırmalar zamanı müəyyən edilib ki, Şirvan  şəhəri, G.Şıxbalaoğlu küçəsində yerləşən 1 saylı "Qızılgül" və H.Əliyev prospektində yerləşən 5 saylı "Bənövşə" körpələr evi - uşaq bağçalarında qidalanma ilə bağlı ümumi vəziyyət "Təhsil müəssisələrində təhsil və tərbiyə alanların qidalanması üzrə dövlət standartı"nın (AZS 747-2013) tələblərinə uyğun deyil. Belə ki, müəssisələrdə bir neçə soyuducu olmasına baxmayaraq, mal qonşuluğuna əməl olunmur, yeməklərin isti saxlanılması üçün izotermik tutum mövcud deyil, bağçaya verilən içməli su mütəmadi olaraq analiz olunmur, yalnız qaynadılıb uşaqlara verilir. Bundan başqa, yeməklərin bişirilməsində istifadə olunan xammalın uyğunluq sertifikatları, ətin baytarlıq sənədi və qabların yuyulmasında istifadə olunan yuyucu vasitələrin sertifikatları yoxlamaya təqdim edilməyib. Aşkar olunmuş bu və digər nöqsanlarla bağlı bağça rəhbərlərinə iradnamə verilib və müvafiq akt tərtib edilib.

Sizin Reklam Yeriniz