Əlaqə Arxiv
news Image
2013.12.29
11:26
| A A A
Azərbaycanda “IMEI” kodların elektron imza vasitəsilə qeydiyyatına başlanılır

Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi "IMEI" (International Mobile Equipment Identification - Mobil Cihazların Qeydiyyat Sistemi) kodlarının yeni üsulla qeydiyyatının təşkili ilə bağlı işlər aparır. Hazırda nazirliyin müvafiq strukturları tərəfindən "IMEI" kodların elektron qeydiyyatı həyata keçirilir.

Nazirlikdən bildirmişlər ki, bu üsulun yeniliyi ondan ibarətdir ki, artıq "IMEI" kodu qeydiyyatdan keçirmək üçün mütləq elektron imzanın istifadəsi tələb olunacaqdır. Yaxın vaxtlarda sistem işə salınacaqdır.

Azərbaycanda təsdiq edilmiş qaydalara uyğun şəxsi istifadə məqsədilə ölkə ərazisinə gətirilərək istifadə olunan (ölkə mobil operatorlarının SİM kartları vasitəsilə) hər bir mobil cihazın "IMEI" nömrəsi həmin cihazın şəbəkədən xidmət almağa başladığı tarixdən ən geci 30 gün müddətində qeydiyyata alınmalıdır.

Sizin Reklam Yeriniz