Əlaqə Arxiv
news Image
2013.12.29
11:21
| A A A
Respublikada 60, dövlət xəstəxanalarında 57 böyrəkköçürmə əməliyyatı gerçəkləşib
Oqtay Çirəliyev: "Daha xəstələr regionlardan Bakıya gəlmirlər"

"İstər regionlarda, istərsə də paytaxtda yaradılan şərait əhaliyə lazımı tibbi xidmət göstərmək üçün bir çox imkanlar yaranıb. Əvvəllər ölkədə barmaqla sayılacaq qədər təmir və təchiz olunmuş tibb müəssisəsinin azlığını desə də, hazırda ölkənin inkişafına uyğun tam standartlara cavab verən tibb müəssisələrinin sayının artması sevindirici haldır".

Movqe.az xəbər verir ki, bunu dünən səhiyyə naziri Oqtay Şirəliyev Səhiyyə Nazirliyində 2013-cü ilin yekun hesabatlarına həsr olunmuş kollegiya iclasında çıxışı zamanı deyib. Nazir 2013-cü ildə təmirinə başlanan Elmi-tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda, Tibbi Bərpa İnstitutunda, Pediatriya İnstitutlarında çox böyük işlərin aparıldığını deyib. O qeyd edib ki, əvvəllər xarici ölkələrdə səfərlərdə olarkən orada olan klinikalara, tibbi avadanlıqlara həsrətlə baxırdıqsa bu gün ölkə klinikalarındakı şərait inkişaf etmiş ölkələri də geridə qoyur: "Ürək-damar cərrahiyyəsi əvvəlki illərlə müqayisədə çox yüksək səviyyədədir. Əvvəllər bu sahə daim Milli Məclisdə müzakirə olunurdu, çoxlu iradlar bildirilirdi. Bu gün xüsusi diqqət və qayğı sahəsində kardiocərrahiyə sahəsi inkişaf edib, və təkmilləşmiş mütəxəssislərimizin sayı xeyli artıb".
U rologiya sahəsinə də toxunan O.Şirəliyev hazırda ölkəmizdə 30 dializ mərkəzinin fəaliyyət göstərdiyini vurğulayıb. Onun sözlərinə görə, bu hal əhali tərəfindən yüksək qarşılanıb: "Belə ki, 2013-cü il ərzində ölkə başcığının xüsusi tapşırığına əsasən nazirlər və komitə rəhbərləri bölgələrdə olub vətəndaşların şikayət və iradlarını dinləyirdi. Həmin qəbullar zamanı dializlə əlaqəli elə bir ciddi şikayətlər olmayıb. Xəstələr dializ almaq üçün artıq həftədə üç dəfə Bakıya gəlmək məcburiyyətində qalmırlar. Xroniki böyrək çatışmazlığından əziyyət çəkən insanların hemodializ müalicəsi ilə təmin olunması son illər səhiyyənin qarşısında duran ən çətin problemlərdən biri idi. Bu problem də ölkə Prezidentinin qayğı və diqqəti nəticəsində öz həllini tapdı. Hazırda respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən 30, o cümlədən regionlarda 23 mərkəzdə 2300-dən artıq xəstə hemodializ seansları və müvafiq dərman vasitələri ilə tam həcmdə pulsuz təmin olunur. Təkcə 2013-cü ildə 9 yeni hemodializ mərkəzi açılmış və onlarda 102 dializ aparatı quraşdırılıb. Beləliklə bu müalicəni almaq üçün pasiyentlərin növbə gözləmək problemi aradan qaldırılıb. Eyni zamanda onların yaşadıqları əraziyə yaxın mərkəzdə bu seansların alınması problemi də demək olar ki, həll olunub. Bu xəstələrin radikal müalicə üsulu olan böyrəkköçürmə əməliyyatlarının sayı da artmışdır. 2013-cü ildə respublikada 60, o cümlədən dövlət xəstəxanalarında 57 belə əməliyyat icra olunub".
Sizin Reklam Yeriniz