Əlaqə Arxiv
news Image
2013.12.29
13:42
| A A A
Yanvarda hava necə olacaq?

Yağıntının miqdarının bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimal olunur

Yanvar ayında Azərbaycanda havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir. Lakin ayın ikinci yarısında temperaturun normadan bir qədər aşağı olacağı proqnozlaşdırılır. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib. 

Ayın ikinci yarısının bəzi günlərində anomal soyuq şaxtalı hava şəraiti üstünlük təşkil edəcək. Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimal olunur.


Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 3-5 dərəcə isti gözlənilir ki, bu da iqlim normasına yaxındır. Ayın birinci yarısında orta sutkalıq temperatur 4-7 dərəcə, ikinci yarısında isə 3 dərəcə şaxtadan 2°-dək isti təşkil edəcək. Gecələr 0-4 dərəcə isti, bəzi günlərdə 1-5 dərəcə şaxta gözlənilir.

Gündüzlər 5-10 dərəcə isti, bəzi günlərdə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti gözlənilir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 18-28 mm) olacağı gözlənilir.


Naxçıvan Muxtar Respublikasında orta aylıq temperatur 0-3 dərəcə şaxta gözlənilir ki, bu da iqlim normasına yaxındır. Ayın ikinci yarısında orta sutkalıq temperatur 1-5 dərəcə şaxta təşkil edəcək. Gecələr 13-18° şaxta, bəzi günlərdə 23-28° şaxta təşkil edəcək. Gündüzlər 4° şaxtadan 1°-dək isti, bəzi günlərdə 7-12° şaxta gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 14-25 mm) olacağı gözlənilir.


Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında orta aylıq temperatur 0-3° şaxta gözlənilir ki, bu da iqlim normasına yaxındır. Ayın ikinci yarısında orta sutkalıq temperatur 2-6° şaxta təşkil edəcək. Gecələr 5-10° şaxta, bəzi günlərdə 12-17° şaxta təşkil edəcək. Gündüzlər 1-6° isti, bəzi günlərdə 1-6° şaxta gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 16-24 mm) olacağı gözlənilir.


Qazax-Gəncə, Goranboy, TərTər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperatur 1-3° isti gözlənilir ki, bu da iqlim normasına yaxındır. Ayın ikinci yarısında orta sutkalıq temperatur 3° şaxtadan 2°-dək isti təşkil edəcək.

Gecələr 0-5° şaxta, bəzi günlərdə 6-10° şaxta gözlənilir. Gündüzlər 4-9° isti, bəzi günlərdə 0-5° şaxta gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə bir qədər çox (norma 10-32 mm) olacağı gözlənilir.


Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında orta aylıq temperatuir 3° şaxtadan 2°-dək isti gözlənilir ki, bu da iqlim normasına yaxındır. Ayın ikinci yarısında orta sutkalıq temperatur 2-6° şaxta təşkil edəcək. Gecələr 5-10° şaxta, bəzi günlərdə 15°-dək şaxta, yüksək dağlıq

ərazilərdə 21-26° şaxta təşkil edəcək. Gündüzlər 0-5° isti, bəzi günlərdə 3-8° şaxta gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 22-49 mm) olacağı gözlənilir.


Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperatur 2-4° isti gözlənilir ki, bu da iqlim normasına yaxındır. Ayın ikinci yarısında orta sutkalıq temperatur 2° şaxtadan 2°-dək təşkil edəcək. Gecələr 0-5° şaxta, bəzi günlərdə 8°-dək şaxta gözlənilir.

Gündüzlər 5-10° isti, bəzi günlərdə 4° şaxtadan 1°-dək isti təşkil edəcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə birqədər çox (norma 17-30 mm) olacağı gözlənilir.


Masallı,Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperatur 2-5° isti gözlənilir ki, bu da iqlim normasına yaxındır. Ayın ikinci yarısında orta sutkalıq temperatur 2° şaxtadan 2°-dək isti təşkil edəcək. Gecələr 4° şaxtadan 1°-dək isti, bəzi günlərdə 5-9° şaxta, dağlarda 12-17° şaxta gözlənilir. Gündüzlər 5-10° isti, bəzi günlərdə 0-5° şaxta gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 63-98 mm) olacağı gözlənilir.


Sizin Reklam Yeriniz