Əlaqə Arxiv
news Image
2013.12.29
14:09
| A A A
Azərbaycanda təhlükəli xəstəlikdən ölüm 2,6 dəfə azalıb
Vərəmlə mübarizə üzrə dövlət proqramı və Milli Strategiya çərçivəsində xəstəliyin yayılmasının qarşısının alınması məqsədilə bir sıra tədbirlər həyata keçirilib. Movqe.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyində keçirilmiş kollegiya iclasında məlumat verilib. Məlumata görə, respublikanın şəhər və rayonlarında vərəm xəstəxanalarının tikintisi və təmiri aparılmışdır. Elmi-tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda yaradılmış Milli Referens Laboratoriyası ilə yanaşı mikrobioloji müayinələrin aparılması Gəncə və İmişlidə də təşkil edilib. Bu laboratoriyalar müasir diaqnostik cihaz və avadanlıqla təchiz edilib. Vərəmin diaqnostikasının yaxşılaşdırılması, vərəmin multirezistent formalı xəstələrin aktiv müalicəyə cəlb olunması, geniş miqyaslı profilaktik tədbirlərin görülməsi, vərəmli xəstələrin birinci və ikinci sıra dərman preparatları ilə tam təmin olunması nəticəsində epidemioloji vəziyyətin stabilləşməsinə nail olunub. Bununla yanaşı bu xəstəlikdən ölüm göstəricisi son 10 il ərzində 2,6 dəfə azalıb.
Sizin Reklam Yeriniz