Əlaqə Arxiv
news Image
2013.12.29
21:48
| A A A
Sürücülərə şad xəbər: yolunuz qısaldı
Bu gün Yevlax-Gəncə avtomobil yolunun Gəncə dairəvi hissəsinin açılışı olub.

Bu barədə Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.

Ümumi uzunluğu 38 km olan yol 4 hərəkət zolağından ibarətdir. Yolun mövcud 2 hərəkət zolağının yenidən qurulması İtaliyanın "İnturesa" şirkəti, digər 2 zolağın yenidən tikintisi isə Cənubi Koreyanın "Ultra Azerko" şirkəti tərəfindən həyata keçirilib.

Yolun mövcud 2 zolağının yenidən qurulmasına 2009-ci ildən, digər 2 zolağın tikintisinə isə 2007-ci ilin noyabrından başlanılıb. Yol boyu 4 körpü, 82 ədəd müxtəlif diametrli boru, 4 yol qovşaşı və 8 avtobus dayanacağı inşa olunub.

Bundan əlavə, yolun keçdiyi əazidə işarə lövhələri, yol nişanları və zəruri olan hissədə işıqlandırma sistemi quraşdırılıb.

Yol Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 344 km-dən başlayır və 382-ci km-də baş başa çatır.

Yeni yolun açılışı ilə artıq Yevlax istiqamətindən gələn nəqliyyat vasitələri Gəncə şəhərinə daxil olmadan birbaşa, maneəsiz Gəncə-Qazax avtobilil magistralına çıxa biləcəklər.

Qeyd edək ki, yeni yolun açılışı mərasimində nəqliyyat naziri Ziya Məmmədov, Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin sədri Cavid Qurbanov, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və digər ictimiayyət nümayəndələri iştirak ediblər.
Sizin Reklam Yeriniz