Əlaqə Arxiv
news Image
2013.12.30
11:51
| A A A
Səudiyyə şahzadəsi edam olunacaq

Müdafiə Naziri Şahzadə Salman adı açıqlanmayan Səudiyyə şahzadəsinin edamının təsdiqləndiyini açıqlayıb

Səudiyyə Ərəbistanında cinayətlə günahlandırılan bir krallığ ailə üzvü edam ediləcək. Türkiyə mətbuatında yayılan məlumata görə, Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi, Baş nazir Köməkçisi və Müdafiə Naziri Şahzadə Salman adı açıqlanmayan Səudiyyə şahzadəsinin edamının təsdiqləndiyini açıqlayıb. Şahzadə Salmanın mövzuya bağlı Daxili İşlər Nazirinə göndərdiyi məktub Ərəb mediasında nəşr olunub. Məktubda, şəriətin ayrı-seçkilik güdmədən hər kəsə tətbiq edildiyi bildirilib.


Daha əvvəl Kral Abdullah tərəfindən verilən fərmanda, qurbanın ailəsi və şübhəli arasında razılıq təmin edilmədiyi təqdirdə cinayətkara edam cəzası verilməsi istənib. Qurbanın atası, şübhəlinin əfv etmətib və verilən "qan pulu"nun az olduğunu əsas gətirərək rədd edib.


Qeyd edək ki, Beynəlxalq Əfv Təşkilatı məlumatlarına görə, şəriətlə idarə olunan ölkədə 2013-ci ildə 79 adam edam edilib.

Sizin Reklam Yeriniz