Əlaqə Arxiv
news Image
2013.12.30
12:52
| A A A
Bu il öz peşə vəzifələrini yerinə yetirərkən 70 jurnalist həlak olub

2013-cü ildə öz peşə vəzifələrini yerinə yetirərkən dünyanın müxtəlif yerlərində 70 jurnalist həlak olub.

Bu barədə "Jurnalistləri Müdafiə Komitəsi" adlı beynəlxalq təşkilatın hesabatında deyilir.

 

Bu il jurnalistlər üçün ən təhlükəli ölkələr Misir, Suriya və İraq olub. Ölən jurnalistlərin üçdə ikisi Yaxın Şərq ölkələrinin payına düşür. 2013-cü ildə təkcə Suriyada 29 KİV nümayəndəsi həlak olub.

 

Pakistan, Somali, Hindistan, Braziliya, Filippin, Mali və Rusiyada da jurnalistlərin ölüm faktları qeydə alınıb.

 

Qeyd edək ki, "Jurnalistləri Müdafiə Komitəsi" 1992-ci ildən bu cür statistika aparır. 2012-ci ildə dünya üzrə 74 jurnalist ölümü baş verib.

Sizin Reklam Yeriniz