Bulvarda atəşfəşanlıq olacaq
Bakı Şəhər İcra Hakimiyyəti Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə 2013-cü il dekabrın 31-də saat 00:00-da möhtəşəm atəşfəşanlıq təşkil edəcək. Movqe.az-ın məlumatına görə, BŞİH atəşfəşanlığı seyr etmək üçün şəhər sakinlərini Dənizkənarı Milli Parka dəvət edir. Bakı Şəhər İcra Hakimiyyəti sizi 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə təbrik edir, xalqımıza yeni-yeni uğurlar və nailiyyətlər arzulayır.