Əlaqə Arxiv
news Image
2013.12.30
14:20
| A A A
Masallıda yeni idman mərkəzi istifadəyə verilib

Rayon İcra Hakimiyyətindən Movqe.az-a verilən məlumata görə, 29 dekabr 2013-cü il tarixdə Masallı rayonunun Boradigah qəsəbəsində Azərbaycanda ilk dəfə alternativ enerji ilə işləyən idman mərkəzi istifadəyə verilib. Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sifarişi ilə "Xəzər" Gənclərin Elmi Texniki Yaradıcılıq Mərkəzinin inşaatçıları tərəfindən bu ilin iyul ayında 1600 kvadratmetr ərazidə tikintisinə başlanılan idman mərkəzinin elektrik sistemi günəş panelləri təmin edilib. Binanın damında 70 kilovat enerji verən 280 ədəd günəş panelləri quraşdırlıb. Burada 9 nəfər daimi işlə təmin olunacaq.

2,5 hektar ərazini əhatə edən idman mərkəzinin ərazisində gələcəkdə stadionun və otelin tikilməsi də nəzərdə tutulub.

Mərkəzin idman zalında mini-futbol, voleybol, basketbol, həndbol, güləş və atletika yarışlarının keçirilməsi üçün hər cür şərait yaradılıb. Burada, həmçinin, məşq otaqları inşa edilmiş, trinajorlar quraşdırılıb.

Yeni idman mərkəzinin istifadəyə verilməsi münasibətilə keçirilən mərasimdə çıxış edən Milli Məclisin deputatı Elmira Axundova qəsəbə sakinlərini əlamətdar hadisə münasibətilə təbrik edərək bildirib ki, 2005-ci ildə bu dairədən deputatlığa namizədliyim irəli sürülərkən seçilərim mənə qəsəbədə müasir tipli idman mərkəzinin tikilməsini tapşırmışdılar. Nazirlər Kabineti seçici tapşırığına əsəsən irəli sürdüyümüz təşəbbüsü bəyəndi və bu işdə bizə dəstək oldu. Bu gün çox sevinirəm ki, seçicilərimin sosial problərindən biri də öz həllini tapmışdır.

Gənclərin asudə vaxtlarının səmərəli keçməsi üçün idman mərkəzində hər cür şəraitin yaradıldığını vurğulayan Elmira Axundova qəsəbə idmançılarının gələcəkdə daha böyük uğurlara imza atacaqlarını əminliyini ifadə edib.

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədr müavini vəzifəsini icra edən Cəmil Məlikov çıxışında bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2010-cu il 18 yanvar tarixli Sərəncamı ilə Sənaye və Energetika Nazirliyinin tərkibində yaradılan Agentlik dövlətimizin başçısın diqqət və qayğısı sayəsində 2013-cü il fevralın 1-dən müstəqil qurum kimi fəaliyyətə başlamışdır.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov qəsəbə sakinlərini qarşıdan gələn əlamətdar bayramlar-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik etmiş, idman mərkəzinin tikintisində əməyi olan bütün insanlara minnətdarlığını bildirib.

Mərasimdə çıxış edən qəsəbə sakinləri, idmançılar yeni il ərəfəsində onlara ərmağan edilən bu gözəl hədiyyəyə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Boradigah İdman Mərkəzinin açılışını bildirən rəmzi qırmızı lent kəsildikdən sonra qonaqlar burada yaradılan şəraitlə yaxından tanış olublar.

Milli Məclisin deputatı Elmira Axundova idmançılara idman geyimləri və futbol topları hədiyyə edib.

Sizin Reklam Yeriniz