Ayın ikinci yarısının bəzi günlərində anomal soyuq şaxtalı hava şəraiti üstünlük təşkil edəcək.
Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 3-5
dərəcə isti (gecələr 0-4 dərəcə isti, bəzi günlərdə 1-5 dərəcə
şaxta, gündüzlər 5-10 dərəcə isti, bəzi günlərdə 3 dərəcə şaxtadan
2 dərəcəyədək isti olacağı gözlənilir) olacağı gözlənilir.Yuxarı
Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı,
Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında orta
aylıq temperaturun 0-3 dərəcə şaxta (gecələr 5-10, bəzi günlərdə
12-17 dərəcə şaxta, gündüzlər 1-6 dərəcə isti, bəzi günlərdə 1-6
dərəcə) olacağı gözlənilir. Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam,
Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 1-3 dərəcə
isti (gecələr 0-5, bəzi günlərdə 6-10 dərəcə şaxta, gündüzlər 4-9
dərəcə) isti, bəzi günlərdə 0-5 dərəcə şaxta olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu,
Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında
orta aylıq temperaturun 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti
olacağı gözlənilir. Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay,
Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar,
Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq
temperaturun 2-4 dərəcə isti olacağı gözlənilir. Masallı, Yardımlı,
Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun 2-5
dərəcə isti (gecələr 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti) bəzi
günlərdə 5-9 dərəcə şaxta, dağlarda 12-17 dərəcə şaxta olacağı
gözlənilir.