Paytaxtda ağır qəza
Bakının Heydər Əliyev prospektində ölümlə nəticələnən ağır yol
nəqliyyat hadisəsi baş verib.
APA-nın hadisə yerində
olan əməkdaşının verdiyi xəbərə görə, qəza "Mercedes" və "Toyota"
markalı avtomobillərin qarşı-qarşıya çıxaraq toqquşması nəticəsində
baş verib. Qəza nəticəsində "Mercedes" markalı
avtomobilin şəxsiyyəti hələlik məlum olmayan sürücüsü hadisə
yerində ölüb. Bir neçə nəfərin ağır yaralandığı bildirilir. Hadisə
yerinə yol polisi və həkim briqadası cəlb olunub. Qəza səbəbindən
nəqliyyat vasitələrin hərəkətində sıxlıq yaranıb. Hadisə ilə bağlı
əlavə məlumat veriləcək.