Əlaqə Arxiv
news Image
2014.01.03
22:04
| A A A
"Fələstinlilərin sülh istədiyinə şübhə edirik"
"İsrail fələstinlilərin sülh əldə etmək tərəfdarı olmasına şübhə edir". 
ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu İsrailin baş naziri Benyamin Netanyahu Amerika Birləşmiş Ştatlarının dövlət katibi Con Kerri ilə görüşündən sonra birgə mətbuat konfransında bəyan edib. Netanyahu Fələstin lideri Mahmud Abbasın İsrail vətəndaşlarına qarşı terror aktlarını pisləməyi daim unutduğunu vurğulayıb.

"Fələstinli liderlərin davranışını və bəyanatlarını nəzərə alsaq, İsrail dövləti olaraq, onların sülh istədiklərinə dair şübhələrimiz var. Fələstin liderləri insanlarını sülhə hazırlamaq əvəzinə, onları İsrailə qarşı yönəldir. Sülh İsrailin bir yəhudi dövləti olaraq qəbul edilməsi deməkdir. Mahmud Abbas da terroru pisləyərək, sülhə qucaq açmalıdır." - deyə Netanyahu bildirib.

ABŞ-ın dövlət katibi Con Kerri isə növbəti həftələrdə hər iki tərəfin çətin seçim qarşısında qalacağını vurğulayıb. "Qarşıdakı 3 gün ərzində Netanyahu və Abbasla aparacağım müzakirələrin ana xəttini formalaşdıracaq çərçivədə fərqləri azaltmaq üçün hər iki tərəflə işləməyi planlaşdırıram. Problemlərin və meyarların nələr olduğunu bilirik." - deyə Kerri bildirib. 

Con Kerrinin Yaxın Şərqə səfəri İsraillə Fələstin arasında sülh danışıqlarına dəstək vermək məqsədi daşıyır. Bu, Con Kerrinin son 1 il ərzində regiona etdiyi 10-cu səfəridir.


Sizin Reklam Yeriniz