Əlaqə Arxiv
news Image
2014.01.07
12:52
| A A A
Gəncədə ana qızını, qardaş isə bacısını bıçaqlayıb

APA-nın yerli bürosunun xəbərinə görə, Gəncə şəhər sakini, 1994-cü il təvəllüdlü İlahə Cəlilova qarnının kəsilmiş-deşilmiş yarası diaqnozu ilə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına daxil olub.

Nizami rayon Polis İdarəsi əməkdaşlarının apardığı araşdırma nəticəsində İ. Cəlilovanın, anası Mehriban Cəlilova tərəfindən bıçaqlandığı məlum olub. Hadisəyə ailə münaqişəsinin səbəb olduğu bildirilir. Faktla bağlı araşdırma gedir. Gəncə şəhər sakini, 1981-ci il təvəllüdlü Lalə Əliyeva da qarnının kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.Aparılan araşdırmalar nəticəsində L. Əliyevanın, qardaşı, 1986-cı il təvəllüdlü Tural Əliyev tərəfindən bıçaqlandığı məlum olub.

Hər iki faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Sizin Reklam Yeriniz