Əlaqə Arxiv
news Image
2014.01.07
15:57
| A A A
Nabranda ayağı qopan İmran Cəfərzadənin reablitasiyası başlayıb

Ötən ilin yayında Nabrandakı istirahət mərkəzindəki hovuzda üzərkən su nasosunun sovurması nəticəsində ayağı qopan 4 yaşlı İmran Cəfərzadənin müalicəsinin reabilitasiya mərhələsinə başlanılıb. İmranın xalası Əzizə Baxşəliyevanın ans press-ə verdiyi məlumata görə, müalicənin reablitasiya mərhələsi üçün İmranı Almaniyanın Berlin şəhərindən Drezdenə aparıblar: "Reablitasiya kursu bir az vaxt apamalıdır. İmaran hələ ki, reablitasiya kursu keçir. Axırıncı əməliyyatdan sonra müalicəni Drezden şəhərində davam edir".

Ə.Baxşəliyevanın sözlərinə görə, həkimlər balaca İmaranın orqanizminin reablitasiya kursuna necə cavab verəcəyini gözləyirlər: "Həkimlərin təyin etdikləri plan əsasında reablitasiya prossesi gedir. Hər şey reablitasiyanın gedişindən aslıdır."

Xalası hələlik ona protez ayaq qoyulmadığını deyib. Onun sözlərinə görə, reablitasiyanın müəyyən mərhələsində İmranın ayağına protez qoyacaqlar. Hələ müalicə o mərhələyə çatdırılmayıb.

Azərbaycanın Almaniyadakı səfirliyindən ANS PRESS-ə verilən məlumata görə, İmran Cəfərzadənin vəziyyəti normaldır və müalicəsi əvvəlki qaydada davam edir. 


Qeyd edək ki iyulun 21-də Xaçmaz rayonunda yerləşən "Nabran Holiday Village" akvaparkının hovuzunda çimərkən 3 yaşlı İmran Cəfərzadə işə düşən və üzəri açıq olan su nasosuna sovrulub. Nəticədə körpənin bir ayağı qopub, digərində isə ciddi zədələr meydana gəlib. Hazırda İmran Cəfərzadənin müalicəsi prezidentinin xüsusi göstərişi ilə Almaniyada davam etdirir.


Sizin Reklam Yeriniz