Avropa İttifaqı Azərbaycanla üç əsas istiqamətdə əməkdaşlıq edəcək
Malena Mard Azərbaycanla əməkdaşlığın əsas sahələrini açıqlayıb
Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin
yeni təyin olunmuş rəhbəri Malena Mard yaxın perspektiv üçün
Azərbaycanla əməkdaşlığın əsas sahələrini açıqlayıb. M. Mard
bildirib ki, AB Azərbaycanla üç əsas istiqamət üzrə əməkdaşlıq
etməyi planlaşdırır - qanunun aliliyi, regional inkişaf və
təhsil:
"Biz Azərbaycanla təhsil sahəsində əməkdaşlığı möhkəmləndirmək istəyirik. Daha əvvəl biz Azərbaycanla bu sahədə əsaslı şəkildə əməkdaşlıq etməmişdik. Biz Azərbaycan tərəfi ilə təhsil sahəsində daha sıx əməkdaşlıq etmək barədə razılığa gəlmişik".
M. Mard qeyd edib ki, nümayəndəlik peşəkar təlimlərin keçirilməsi, universitetlər arasında tələbə mübadiləsi sahəsində əməkdaşlığın möhkəmləndirilməsi, məktəbəqədər hazırlıq sahələrində əməkdaşlığı gücləndirmək niyyətindədir.
Xatırladaq ki, M. Mard ötən ilin sonunda Azərbaycana gəlib. O, Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri vəzifəsində Roland Kobianı əvəz edib.