Əlaqə Arxiv
news Image
2014.01.09
12:17
| A A A
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Tovuzda vətəndaşları qəbul edib

Movqe.az xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri cənab Qərib Məmmədov Qazax, Ağstafa, Gədəbəy, Tovuz və Şəmkir rayonlarının sakinlərini Tovuz rayonunda  qəbul etmiş, vətəndaşların şikayət və təkliflərini dinləmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin şöbə və struktur rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda bu bölgədən olan 40-a yaxın vətəndaşın müraciətinə baxılmışdır. Müraciətlərdə qaldırılan məsələlərin həllı bilavasitə DTXK-ya aid olduğu hallarda, mütəxəssislər vasitəsilə yerlərdə yerqurluşu ölçmə işləri aparılaraq torpaq sahələri həmin vətəndaşlara təkrarən tanıdılmışdır. Qaldırılan məsələlər müvafiq orqanların iştirakı ilə zəruri araşdırma tələb etdiyi hallarla bağlı isə vətəndaşların müraciətləri Komitənin kargüzarlığında nəzarətə götürülərək qeydiyyata alınmış və Komitənin müvafiq məktubları ilə aidiyyətı qurumlara ünvanlanmışdır. Bu barədə həmçinin öz səlahiyyətlərinə dair işlərin qısa müddətdə icrası məqsədi ilə Komitənin aidiyyətı rayon və şəhər şöbələrinin müdirlərinə də rəsmi qaydada tapşırıqlar verilmişdir. 

Qəbul zamanı vətəndaşların bəzisi Rusiya və digər xarici ölkələrin ərazisində müvəqqəti yaşamaları ilə bağlı onların adlarının yerli aqrar islahat komissiyasının səhvindən siyahıya salınmaması, bəzi həyətyanı sahələrin kəndlərlə qonşuluqda yerləşən dövlət meşə fondu torpaqlarına və qış otlağı ərazilərinə düşməsi ilə bağlı onlara şəhadətnamələrin verilməməsi, bir qismi torpaq islahatı ilə bağlı müvafiq sənədlər işlənib tərtib edilərkən müəyyən texniki qusurlara yol verildiyi, qonşu torpaq mülkiyyətçiləri arasında yaranan torpaq-sərhəd mübahisələri, eləcə də həyətyanı torpaq sahələrinin özəlləşdirilməsi ilə bağlı mövcud problemlər barədə müraciətlər etmişlər.


Qeyd edək ki, qəbulla əlaqədar  KİV-də əvvəlcədən elan verilmiş, Komitənin region üzrə bütün strukturlarının və şöbələrinin yerləşdiyi inzibati binaların qarşısında müvafiq elanlar yerləşdirilmişdir.


Sizin Reklam Yeriniz