Əlaqə Arxiv
news Image
2014.01.09
17:22
| A A A
Əfqanıstandakı Azərbaycan sülhməramlılarından 32-si rotasiya qaydasında Bakıya qayıdıb

Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (İSAF) tərkibində fəaliyyət göstərən Azərbaycan Silahlı Qüvvələrinin 32 nəfərdən ibarət qrupu plana uyğun olaraq rotasiya qaydasında yanvarın 9-da Bakıya qayıdıb.


Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

 

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 20 noyabr 2002-ci il tarixdən başlayıb. Hazırda Silahlı Qüvvələrinin 90 nəfərdən ibarət hərbi qulluqçusu, 2 hərbi həkimi və 2 mühəndis-istehkam ixtisası üzrə zabiti Əfqanıstanda beynəlxalq sülhyaratma missiyasında iştirak edir.

Sizin Reklam Yeriniz