Əlaqə Arxiv
news Image
2014.01.09
18:19
| A A A
Bakıda Xəzər Enerji Forumu keçiriləcək

Bu ilin aprel ayında "Caspian Energy International Media Group" təşkilatının yaradılmasının 15 illik yubileyi çərçivəsində Bakıda Beynəlxalq "Caspian Energy Forum-2014" keçiriləcək.

Movqe.az-ın məlumatına görə, forum hər il Xəzər-Avropa Klubunun (CEIBC) yığıncağı formatında təşkil olunur.

Konfransın proqramı bir günə hesablanıb və iki hissədən ibarət olacaq. Konfransın birinci hissəsində neft-qaz, energetika və ekologiya sahələrinə, ikinci hissəsi isə qeyri-neft sektoruna (maliyyə bank, sığorta, lizinq, telekommunikasiya, turizm, maşınqayırma, tikinti və s. sahələrinin inkişafı məsələlərinə) həsr olunacaq. Hər bir sessiya mühazirələrdən və müzakirələrdən ibarət olacaq. Tədbirdə dövlət qurumlarının nümayəndələri, top-menecerlər, Xəzər-Qara dəniz bölgəsi və Avropa Birliyi ölkələrindən ekspertlərin iştirakı nəzərdə tutulub. 


Sizin Reklam Yeriniz