Əlaqə Arxiv
news Image
2014.01.10
15:04
| A A A
Zəlzələ olub

Kubanın paytaxtı Havana sahillərində 5,1 bal gücündə zəlzələ meydana gəlib.


Movqe.Az xəbər verir ki, ABŞ Geoloji Araşdırmalar Mərkəzi, zəlzələnin Havananın 172 kilometr şərqində Florida Boğazları kimi tanınan bölgədə, 10 kilometr dərinlikdə qeydə alındığını açıqlayıb. Yerli saatla 16.00 da meydana gələn və təxminən 30 saniyə davam edən zəlzələ, Havana ilə yanaşı boğazlara yaxın şəhərlərdə çaxnaşmaya səbəb olub.


Üçdən çox mərtəbəsi olan binalar, boşaldılıb. Zəlzələdə ölən və yaralanan olmayıb. Kubanın şərqindəki Santiago şəhərində 1932-ci ildə meydana gələn 6,7 böyüklüyündəki zəlzələdə 8 nəfər həyatını itirmiş, şəhərdəki binaların 80 faizi zərər görmüşdü.

Sizin Reklam Yeriniz