Əlaqə Arxiv
news Image
2014.01.10
16:34
| A A A
Ərdoğan Malayziyada rəsmi mərasimlə qarşılanıb

Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğan , rəsmi səfərdə olduğu Malayziyanın paytaxtı Kuala Lumpurda həmkarı Najip Tun Razak tərəfindən hərbi mərasimlə qarşılanıb. Əminə Ərdoğan və Malayziya Baş nazirinin yoldaşı Dati Paduka Seri Rosmah Mansorun da iştirak etdiyi mərasimdə , platformdakı kondisionerlər diqqət çəkib.


MovqeAz  xəbər verir ki, mərasimə , Baş nazir Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan , Baş nazir Köməkçisi Bülent Arınç , Avropa Birliyi naziri Mevlüt Çavuşoğlu , İqtisadiyyat naziri Nihat Zeybekci , Enerji və Təbii Qaynaqlar naziri Taner Yıldız , Gənclər və İdman naziri Akif Çağatay Qılınc , Milli Müdafiə etmə Naziri İsmət Yılmaz , Nəqliyyat Dənizçilik və Xəbərləşmə naziri Lütfü Elvan da qatılıb.

Bu gün istiliyin 30 dərəcəyə qədər çıxdığı Kuala Lumpurdakı mərasimdə , liderlərin və birinci xanımların çıxdığı platformaya iki ədəd kondisioner qoyulduğu görülüb.

Sizin Reklam Yeriniz