Əlaqə Arxiv
news Image
2014.01.10
17:03
| A A A
Azərbaycandan Filippinə 200 min ABŞ dolları məbləğində yardım göndərilib

Ötən il Filippində baş vermiş Hayyan qasırğasının fəsadlarının aradan qaldırılması məqsədilə Azərbaycan hökuməti bu ölkəyə 200 min ABŞ dolları məbləğində vəsait ayırıb. Azərbaycan XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu vəsait BMT-nin Ümumdünya Ərzaq Proqramının Filippində həyata keçirdiyi humanitar yardım proqramları vasitəsilə zərərçəkmiş əhalinin əsas qida ehtiyaclarının ödənməsinə sərf ediləcək.

 Xatırladaq ki, Hayyan qasırğası 2013-cü ilin 8 noyabr tarixində baş verib. Təbii fəlakət Filippində minlərlə insanın ölümünə və yüzlərlə evin tamamilə dağılmasına səbəb olub, ölkədə qida, su və digər ilkin ehtiyac məhsullarına kəskin ehtiyac yaranıb. Yaranmış humanitar böhranın miqyasını nəzərə alaraq, təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə Filippin hökuməti və BMT beynəlxalq ictimaiyyətə birgə müraciət edib. Bu müraciətə cavab olaraq dünyanın bir çox ölkələri və beynəlxalq təşkilatları ilə yanaşı, Azərbaycan da Filippinə yardım göstərib.


Sizin Reklam Yeriniz