Əlaqə Arxiv
news Image
2014.01.11
17:06
| A A A
Ariel Şaron 8 il komada qaldıqdan sonra öldü

Səkkiz ildir komada olan İsrailin sabiq baş naziri Ariel Şaron vəfat edib. Movqe.az-ın  "Reuters"ə istinadən xəbərinə görə, bu ayın əvvəlində A.Şaronun səhhəti kəskin pisləşib. Əvvəlcə böyrəkləri, sonra isə həyati əhəmiyyətli digər orqanları fəaliyyətini dayandırıb. Yanvarın 9-da A.Şaronun müalicə aldığı "Xaim Şeba" klinikasının mətbuat katibi David Veyndberq bildirib ki, keçmiş baş nazirin komadan çıxmaq və həyatda qalmaq şansı sıfıra bərabərdir. Qeyd edək ki, 2001-ci ildən İsrailin baş naziri olmuş 85 yaşlı A.Şaron 2006-cı ilin yanvarında keçirdiyi insultdan sonra komaya düşüb.

Sizin Reklam Yeriniz