Əlaqə Arxiv
news Image
2014.01.12
16:05
| A A A
Şaron üçün ilk mərasim Knessetdə

İsrail Baş nazirlik binasında 6 saat davam edən yığıncaqdan sonra bazar ertəsi günü torpağa veriləcək Ariel Şaron üçün təşkil ediləcək dövlət mərasiminin detalları müəyyən olub. Sabah məclisdə katafalka qoyulacaq Şaronun cənazəsi , bazar ertəsi günü ediləcək dövlət mərasimindən sonra dəfn ediləcək. Dövlət mərasimində ABŞ-I prezident köməkçisi Coe Biden təmsil edəcək.

Movqe.az xəbər verir ki, Şaron üçün keçiriləcək dövlət mərasimini təşkil edəcək komitə, yığıncağını gecə yarısından sonra bitirib. Keçiriləcəkdövlət mərasiminin detalları Baş nazirlik Mətbuat Mərkəzi tərəfindən edilən yazılı bir şərhlə açıqlanıb.

Səhər Şaronun cənazəsi ilk olaraq İsrail Məclisi Knesset gətirilərək burada katafalka qoyulacaq. İsrail vətəndaşlarının axşam saat 18.00-a qədər cənazəni ziyarət edilə biləcəyi deyilib.

Geniş təhlükəsizlik tədbirlərinin alınacağı mərasimə heç kimin xüsusi avtomobiliylə gəlməsinə icazə verilməyəcəyi bildirilib.

Məclisdə qurulan katafalka gəlmək istəyənlər üçün QərbiQüdsdə yəhudi bölgəsində olan Teddy Stadionu və Latrundan pulsuz avtobus səfərləri qoyulacağı deyilən şərhdə , ziyarətə gələnlər yenə qayıdanda pulsuz bələdiyyə avtobuslarından istifadə edə biləcəyi qeyd edilib.

Sizin Reklam Yeriniz