Əlaqə Arxiv
news Image
2014.01.12
17:07
| A A A
Bəs ölkənin birinci xanımı kimdir?

Elysee Sarayında nikahsız yaşadığı sevgilisi Valerie Trierveiler ilə birlikdə eşq yaşayan və evli olmayan ilk respublika başçısı olaraq Fransa tarixinə keçən Hollande , qadağan eşqinin ortaya çıxmasından sonra yeni bir qanun imza atmağa hazırlaşır. Sorğular , Hollandein bu vəziyyətdən təsirlənmədiyini göstərsə də , heç bir rəsmi statusu olmadan xalqın vergiləri ilə sarayda oturan keçmiş sevgilinin Elyseedən çıxarılması gündəmdədir .


Movqe.az Fransız maqazin jurnalı "Closer"ə istinadən xəbər verir ki, , ötən həftə 60 yaşındakı prezident Hollandenin motosikletinə minərək gizlicə özündən 20 yaş gənc sevgilisi Culi Gayetinin evinə getməsinin görüntüləməsindən sonra , gözlər , bunun siyasi olaraq Hollandeyə necə təsir edəcəyinə çevrilib

Fransız cəmiyyəti bu mövzuya tamamilə qeydsiz qalarkən , edilən anketlərdə xalqın yüzdə 77 faizinin bu mövzunun Hollandenin xüsusi şəxsi olduğu və yalnız onu maraqlandırdığını , 84 faizinin isə qadağan eşq skandalının Hollande haqqındakı müsbət və ya mənfi fikirləri dəyişdirmədiyini göstərilib.



İqtidar və müxalifət millət vəkilləri də Hollandeyə dəstək verdi.


Ancaq ortaya çıxan qadağan eşq ən çox sarayda nikahsız yaşayan 48 yaşındakı Trierveilerə təsir edib Skandal baş vermədən əvvəl də bir çox müxalifət vəkili , nikahsız yoldaşa dövlət büdcəsindən otaq və qrup təsis edilməsinə qarşı çıxırdı.

Müxalifət , onun saraydakı 5 nəfərlik qrupu və digər xərclərinin  vergilərindən ödənilməsinə etiraz edir.


Twitter vasitəsilə mesaj atan UMP millət vəkili Daniel Fasquelle , "Əgər bu fotoşəkillər doğrudursa , prezidentin başqa münasibətləri varkən , mövcud sevgilisinin sarayda qalması doğrudurmu ? Bu gün Fransanın birinci xanımı kimdir? " deyib.


UMP millət vəkili George Fenech də , "Bir prezident , bütün dünyanın gözü qarşısında , qeyri qanuni əlaqələr yaşamağı davam etdirə bilməz. Məhəbbət görüşlərinə, dövlətin puluyla maaşı ödənilən mühafizəçilərlə gedə bilməz. Bir an əvvəl Fransanın imicini və dəyərlərini tamamilə yox etmədən istefa etməlidir " deyə şərh edib.

Sizin Reklam Yeriniz