Əlaqə Arxiv
news Image
2014.01.13
12:00
| A A A
Yeni açılan Mərkəzə işçi tələb olunur

Bakı Sağlamlıq Mərkəzində vakant vəzifələrin tutulması üçün müsabiqə elan edilib. Səhiyyə Nazirliyindən Movqe.az-a verilən xəbərə görə, Bakı Sağlamlıq Mərkəzinin həkim və orta tibb işçilərinin vakant vəzifələrin tutulması üçün elan edilən müsabiqəyə sənədlərin qəbulu başlanıb. Xatırladaq ki, Bakı Sağlamlıq Mərkəzinin açılışı yanvarın 7-də olub. Açılışda Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da iştirak ediblər. Təməli 2011-ci ildə qoyulan Bakı Sağlamlıq Mərkəzi 550 çarpayılıqdır. Prezident İlham Əliyev 2010-cu il avqustun 6-da Bakı Sağlamlıq Mərkəzinin yaradılması barədə Sərəncam imzalayıb. Qeyd edək ki, Səhiyyə Nazirliyinin tabeçiliyində olan tibb müəssisələrində vakant elan edilmiş yerlərə həkimlərin işə qəbulu prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın icrası ilə bağlı Səhiyyə Nazirliyinin Kollegiyasının 18 yanvar 2013-cü il tarixli qərarına əsasən mərkəzləşdirilmiş qaydada aparılır.

Sizin Reklam Yeriniz