Əlaqə Arxiv
news Image
2014.01.13
13:33
| A A A
Azərbaycanda əcnəbilərin sayı artıb

Hesabat dövründə fond tərəfindən əlavə olaraq 3 222 nəfər əcnəbi vətəndaş qeydiyyata alınıb

Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 18,8 faiz artıb. DSMF-dən anspress-ə verilən məlumata görə, 2013-cü il ərzində Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 18,8 faiz artaraq 17 098 nəfərə yüksəlib. Hesabat dövründə Fond tərəfindən əlavə olaraq 3 222 nəfər əcnəbi vətəndaş qeydiyyata alınıb. 


Bu ilin yanvarın 1-i tarixinə olan statistikaya əsasən, əcnəbilərin 89,8 faizini kişilər, 10,2 faizini isə qadınlar təşkil edir. Ümumilikdə 100 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında ən yüksək say göstəricisi Тürkiyə, Gürcüstan və Rusiya vətəndaşlarına məxsusdur. Belə ki, hazırda sistemdə qeydiyyatda olan əcnəbilərin 9 848 nəfərini Türkiyə vətəndaşları, 1 881 nəfərini Gürcüstan vətəndaşları, 904 nəfərini Rusiya Federasiyasının vətəndaşları təşkil edir. 


Sonrakı yerlərdə İran İslam Respublikası (560), Hindistan (422), Çin Xalq Respublikası (404), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (247), Özbəkistan (199), Benqladeş Xalq Respublikası (189), Pakistan İslam Respublikası (156), Almaniya (151), Ukrayna (148), Bosniya və Hersoqovina (130), Filippin (127), İtaliya (117), Türkmənistan (117), Qazaxıstan (117), ABŞ (105), Malayziya (93), və s. ölkələr gəlir.


2006-cı ilin yanvarın 1-dən Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması prosesi həyata keçirilməkdədir.

Sizin Reklam Yeriniz