Əlaqə Arxiv
news Image
2014.01.13
16:25
| A A A
İmtahanlarda köçürən tələbələrə nazirlikdən xəbərdarlıq
Semest imtahanlarında köçürən tələbələr "0" balla qiymətləndiriləcək. Təhsil Nazirliyindən Movqe.az-a verilən məlumata görə, Təhsil Nazirliyinin "Kredit sistemi ilə təhsil alan tələbələrin fənlər üzrə imtahanları haqqında Əsasnamə"nin 9 və 10-cu bəndlərinə görə, imtahanın gedişində kitabdan, mühazirə konspektindən və digər icazə verilməyən materiallardan istifadə edən və ya köçürən tələbə imtahanlardan xaric ediləcək. 
Nazirlikdən bildiriblər ki, imtahan nəticəsinə görə köçürən tələbəyə "0" balın verilməsi müəyyənləşdirilib.
Sizin Reklam Yeriniz