Ramiz Əskərov "Şöhrət" ordeni ilə təltif edildi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev R.B.Əskərovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Movqe.az xəbər verir ki, sənəddə deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında səmərəli elmi və ədəbi-publisistik fəaliyyətinə görə Ramiz Baxşəli oğlu Əskərov "Şöhrət" ordeni ilə təltif edilsin".