Prezident başsağlığı verdi
Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan
şahmatçısı Vüqar Həşimovun ailəsinə başsağlığı verib. Dövlət
başçısı şahmatçının atasına ünvanladığı məktubda V.Həşimovun
vaxtsız vəfatından son dərəcə kədərləndiyini bildirib: "Hörmətli
Qasım Həşimov, Oğlunuz, görkəmli Azərbaycan şahmatçısı, şahmat üzrə
üçqat Azərbaycan çempionu, qrossmeyster Vüqar Həşimovun vaxtsız
vəfatından son dərəcə kədərləndim. Vüqar Həşimovun Azərbaycan
idmanı qarşısındakı xidmətləri əvəzsizdir. O, Azərbaycan şahmat
məktəbinin inkişafına misilsiz töhfələr verib, öz parlaq qələbələri
ilə ölkəmizin adını daim yüksəklərə qaldırıb. Azərbaycan xalqı,
idman ictimaiyyətimiz dünyanın ən güclü şahmatçılarından biri olan
istedadlı idmançımız ilə fəxr edir, ondan hələ çox qələbələr,
yeni-yeni zirvələr gözləyirdi. Amansız tale Vüqar Həşimovu
istedadının ən çiçəklənən bir vaxtında çox erkən aramızdan apardı.
Lakin onun parlaq xatirəsi bizim hamımızın, Azərbaycan xalqının,
bütün şahmatsevərlərin qəlbində daim yaşayacaq.
Bu ağır anlarda dərdinizi bölüşür, Sizə, Aidə xanıma, ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin!"
Bu ağır anlarda dərdinizi bölüşür, Sizə, Aidə xanıma, ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin!"