Əlaqə Arxiv
news Image
2014.01.14
09:10
| A A A
Polkovnik Mirzəli Yusifovun həbsində rüşvət izi?

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin (AAHM) keçmiş rəisi həbs edilib. Bu barədə APA-ya Bakı Hərbi Məhkəməsindən bildirilib. Məlumata görə, polkovnik Mirzəli Yusifov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, M. Yusifov əvvəllər Müdafiə Nazirliyinin 112 saylı alayının (sülhməramlı tabor da bu alayın tərkibindədir) komandiri olub. Daha sonra AAHM-ə qərargah rəisi təyin edilən M. Yusifov bir neçə il hərbi məktəbin rəisi vəzifəsini də icra edib. Zakir Həsənov müdafiə naziri təyin edildikdən sonra M. Yusifov vəzifədən uzaqlaşdırılıb.
"Mirzəli Yusifov Müdafiə Nazirliyində çalışan digər yüksək rütbəli zabitdən pul aldığına görə həbs olunub".

Movqe.az  xəbər verir ki, bu sözləri hərbi ekspert Üzeyir Cəfərov Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin (AAHM) keçmiş rəisi Mirzəli Yusifovun həbsi barəsində danışarkən "Axar.az"a deyib. Üzeyri Cəfərov baş vermiş hadisəni belə şərh edib:"Zabitdən külli miqdarda pul alıb ki, onun kursant qohumunun təyinatını daha yaxşı ixtisasa versin. Bundan sonra tərəflər arasında pul üstündə mübahisə yaranıb. Və həmin zabit də Mirzəli Yusifovdan prokurorluğa şikayət edib. Onu da bildirim ki, bu Mirzəli Yusifova qarşı ilk ittiham olmayacaq, onu daha bir neçə maddə üzrə ittiham edəcəklər. Bundan əmin ola bilərsiz".    

Polkovnik Mirzəli Yusifov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.   

Xatırladaq ki, general vəzifəsini icra edən polkovnikin rüşvət alma maddəsi ilə həbs olunduğu xəbərini Üzeyir Cəfərov rəsmi məlumatdan bir neçə saat əvvəl yaymışdı.


Sizin Reklam Yeriniz