Əlaqə Arxiv
news Image
2014.01.14
11:45
| A A A
Səfər Əbiyevin cəzalandırdığı zabit rəis müavini oldu (FOTO)

Səfər Əbiyevin cəzalandırdığı zabit nazirlikdə rəis müavini vəzifəsinə keçirilib. Bu barədə hərbi ekspert Üzeyir Cəfərov "Facebook" səhifəsində bildirib: 


"Müdafiə Nazirliyi mətbuat xidmətinin rəis müavini vəzifələrini icra edən polkovnik-leytenant İsa İsmayılovdur. Cənab İsa İsmayılov MN-nin "Azərbaycan Ordusu" qəzetinin baş redaktoru kimi uzun illər bu qəzetdə xidmət keçmiş və ötən il sabiq müdafiə naziri Səfər Əbiyev tərəfindən dövlətə 58 min manat ziyan vurduğuna görə cəzalandırılaraq mətbuat xidmətinə zabit vəzifəsinə təyin edilmiş şəxsdir.


Verilən məlumata görə, yeni nazir Zakir Həsənov vəzifəyə təyin edildikdən sonra ən çox sevinən zabitlərdən biridir. Mətbuatdakı dostlarımız bu yoldaşdan da MN sistemində baş verən hadisələr haqqında məlumat ala bilərlər".


Sizin Reklam Yeriniz