Misir xalqı səsvermədə
Movqe.Az xəbər verir ki, Misirdə konstitusiya referendumu üçün səs vermə keçiriləcəyindən sıx təhlükəsizlik tədbirləri alınıb. Səs vermək üçün seçki mərkəzlərinə gedən Misirlilər, uzun növbələr meydana gətirib. Seçki mərkəzləri qarşısında toplanan xalq, ordunu dəstəkləyən mahnılar söyləyərək, Müdafiə naziri Abdulfəttah əs-Sisinin fotoşəkillərini daşıyıb. Misir təhlükəsizlik qüvvələri, iki gün davam edəcək referendum üçün seçki mərkəzləri və ətrafında sıx təhlükəsizlik tədbirləri alıb.
Referendumun təhlükəsizliyi üçün 160 min əsgər vəzifələndirilib. Müdafiə naziri Abdulfəttah əs-Sisi, orduya, referendumun təhlükəsizliyinin təmin edilməsi üçün "lazım olsa zor gücü istifadə edilməsi" təlimatı vermişdi.