"Vətəninfo.az" saytının yaydığı xəbərə görə Azad Azərbaycann Telekanalı (ATV) fəaliyyətini dayandırıb.
Hazırda kanal efirdə yayımlanmır. Yayılan məlumatlarda oda
bildirilir ki, ATV-nin bütün əməkdaşları hüquq-mühafizə orqanları
tərəfindən sorğu-sual edilir.
Modern.az saytı məsələ ilə bağlı telekanalın yeni rəhbəri Vüqar
Qaradağlı ilə əlaqə saxlayaraq, ondan münasibət öyrənməyə
çalışıb.
V.Qaradağlı Saytın suallarını cavablandırmaqdan imtina edərək
bundan sonra mətbuata müsahibə vermək istəmədiyni vurğulayıb.
"Mən qərara almışam ki, bundan sonra heç kimə müsahibə verməyim.
Demədiyim sözləri də müxtəlif formalarda yazırlar. Odur ki, bundan
sonra heç kim məndən müsahibə istəməsin. Buna mənim vaxtım yoxdur.
Bundan vacib işlərim var".
V.Qaradağlı məsələ ilə bağlı açıqlama vermək istəməsə də, ATV-nin
adının çəkilməməsini istəyən əməkdaşları proqram və kadr
siyasətində islahatların planlaşdırıldığını qeyd ediblər.
Qeyd edək ki, ATV məhz yüngül verilişlərinin çoxluğuna görə daim
müxtəlif kəsimin tənqidinə məruz qalan telekanal olub.
Vüqar Qaradağlı ATV-yə mayın 14-dən rəhbərlik edir.