Əlaqə Arxiv
news Image
2014.01.14
18:36
| A A A
İstifadəsiz qalan mineral sular
Nəriman Ağayev: «Bizdə bulaq mənbələrinin hər birinin qeydiyyatı ilə nə dəqiqləşdirilmiş xəritə, nə də ümumi bir məlumat bazası var» Dövlət Məmmədov: «Yerli suların kifayət qədər tanınmamasının bir səbəbi də onların reklamının zəif aparılmasıdır»

Zəngin təbii sərvətləri ilə seçilən ölkəmizdə min bir dərdə dərman olan mineral su mənbələri də az deyil. Bura həm içməli süfrə suları, həm də müalicəvi sular daxildir. Amma bu gün ölkədə olan bu mineral  mənbələrdən istifadə potensiala tam uyğun  deyil. Əhali sadəcə, bir neçə məşhur suların varlığından xəbərdar olsa da, eyni zamanda bir çox mineral su mənbələri, bulaqlar istifadəsiz qalıb.  

Ekspert Nəriman Ağayev bunun səbəbini məlumatın azlığı, su mənbələrinin yerini dəqiqliklə əks etdirən hər hansı bir xəritənin olmaması ilə əlaqələndirir: "Bizdə bulaq mənbələrinin hər birinin qeydiyyatı ilə nə dəqiqləşdirilmiş xəritə, nə də ümumi bir məlumat bazası var. Məsələn, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin saytında mineral sular haqqında məlumat olsa da,  bu məlumat ümumiləşdirici xarakter daşıyır. Səhiyyə Nazirliyinin saytında isə ümumiyyətlə, bu barədə ictimailəşdirilmiş bir məlumata təsadüf olunmur. Digər tərəfdən də Mədəniyyət və Turizm Nazirliyi bu cəhətdən maraqlı bir subyekt kimi mineral su mənbələrini araşdırıb əhalini məlumatlandıra bilər. Lakin  orda da hər hansı bir məlumata rast gəlinmir". 

"Yerli suların kifayət qədər tanınmamasının bir səbəbi də onların reklamının zəif aparılmasıdır". Bunu saytımıza verdiyi açıqlamada Su İsthsalat Birliyinin sədri Dövlət Məmmədov dedi: "Yerli mineral sularımızın kifayət qədər tanınmamamsına səbəb reklamın zəif aparılmasıdır. Bu da onunla bağlıdır ki, Azərbaycanda reklam baha başa gəlir. Yəni mineral su istehsal edən müəssisələr o qədər gəlir əldə etmirlər ki, reklama sərf eləsinlər. İkinci bir tərəfdən, əhali yerli suları tanıdığı üçün onların reklamına ehtiyac qalmır. Xarici suları isə əhali tanımır. Onlar reklam vasitəsilə özlərini əhaliyə tanıdırlar. Həm də xarici şirkətlərin istehsalı çox olduğundan reklama pul ayıra bilirlər.". 


Sizin Reklam Yeriniz