Əlaqə Arxiv
news Image
2014.01.14
19:09
| A A A
Səhiyyə Nazirliyindən jurnalistlə bağlı açıqlama

Bu gün Səhiyyə Nazirliyində 3 ay öncə avtomobil qəzası nəticəsində komaya düşən jurnalist Sahib İslamovun vəziyyəti ilə bağlı konsilium keçirilib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli bildirib ki, ötən gün Sahib İslamovun qohumları Səhiyyə Nazirliyində qəbul olunub, bu gün isə konsilium zamanı mütəxəssislər bir yerə yığışaraq vəziyyətlə bağlı yekun qərara gəlinib. A.Qədirlinin sözlərinə görə, onun beyin qabığının bütün hüceyrələri ölüb və müalicəsi heç bir yerdə yoxdur: "Onun yaxınlarına, qohumlarına yaxın olması üçün, Şamaxının kəndindən olması nəzərə alınaraq S.İslamov bu gün Şamaxı Mərkəzi Rayon Xəstəxanasına köçürülür. Hazırda onun müalicəsi ancaq qulluqdan ibarətdir. Sahib İslamovun müalicəsinin orada davam etdirilməsi üçün Şamaxı Mərkəzi Rayon Xəstəxanasında xüsusi otaq ayrılıb. Hər iki həftədən bir Bakıdan mütəxəssislər Şamaxıya gedərək xəstənin vəziyyətinə nəzarət edəcəklər".

Sizin Reklam Yeriniz