Əlaqə Arxiv
news Image
2014.01.14
21:11
| A A A
Elmira Süleymanova AŞPA üzvlərini qəbul edib
Qonaqlar Azərbaycan Ombudsmanının insan hüquqları sahəsində çoxşaxəli fəaliyyətini yüksək dəyərləndirib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova ölkəmizdə səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) üzvləri, Milica Markoviçi və Sevda Valijevciçi qəbul edib. 

Movqe.az qurumun saytına istinadən məlumatına görə, tanışlıq məqsədi daşıyan görüşdə müvəkkil Azərbaycanın bu nüfuzlu beynəlxalq quruma bərabərhüquqlu üzv olduğunu, təsisatın Avropa Birliyinin Şərq Tərəfdaşlığı, Tvinninq və TAİEX layihələri çərçivəsində fəal iştirak etdiyini bildirib. Müvəkkilin Ombudsman haqqında Konstitusiya Qanunu çərçivəsində fəaliyyəti diqqətə çatdırılıb.

M. Markoviç təmsil etdiyi ölkədə-Bosniya Herseqovinada Ombudsman təsisatının insan hüquqlarının müdafiəsi və təmini sahəsində fəaliyyət göstərdiyini diqqətə çatdırıb, Azərbaycan Ombudsmanının insan hüquqları sahəsində çoxşaxəli fəaliyyətini yüksək dəyərləndirib.

Sizin Reklam Yeriniz