Bakıda bu yollar bağlanacaq
Bakıda yanvarın 20-də bəzi yollarda hərəkət
məhdudlaşdırılacaq. Bu barədə Trend-ə
Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsi Dövlət
Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi,
polis polkovnik-leytenantı Vaqif Əsədov Trend-ə bildirib ki, 20
Yanvar faciəsi qurbanlarını yad edənlərin rahat, fasiləsiz və
təhlükəsiz hərəkətinin təmin olunması ilə əlaqədar yanvarın 20-də
saat 08:00-dan mərasim qurtaranadək Mikayıl Müşfiq küçəsi və Hüseyn
Cavid prospektinin kəsişməsindən, Mikayıl Müşfiq dairəsi ilə
Mətbuat prospektinin kəsişməsindən, Mehdihüseyn küçəsi, Teleteatr
binasının qarşısından, İzzət Nəbiyev, Abbasqulu Abbaszadə
küçələrinin kəsişməsindən, yəni Milli Məclisin inzibati binasının
arxa hissəsindən Parlament prospekti - Şəhidlər xiyabanı
istiqamətinə bütün nəqliyyat vasitələrinin hərəkəti
məhdudlaşdırılaraq istiqamət
dəyişdiriləcək. Parlament prospekti
boyunca avtomobillərin parklanmasına yol verilməyəcəyindən Bakı
şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərdən, əhalidən xahiş edir
ki, bu istiqamətdə şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az
istifadə etsinlər, ictimai nəqliyyatdan istifadəyə üstünlük
versinlər. Parlament prospekti vasitəsilə müəyyən istiqamətə
hərəkət edənlər alternativ yollardan istifadə etsinlər.