Əlaqə Arxiv
news Image
2014.01.15
10:39
| A A A
"Elektron Hökumət"in istifadəçiləri artıb
2013-cü il müdətində "Elektron hökumət" portalına daxil olan internet istifadəçilərinin sayı 262 566 nəfər olub.  Movqe.az -ın xəbərinə görə, portala daxilolmaların ümumi sayı 456 712, Elektron xidmətlərə edilmiş müraciətlərin sayı isə 736 447 olub. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş e-xidmətlərin sayı 428, E-gov.az portalında yerləşdirilmiş e-xidmətlərin ümumi sayı 282-dir. 01.12.2013 – 31.12.2013-cü il dövrü ərzində "Elektron hökumət" portalı vasitəsilə ən çox istifadə olunan e-xidmətlərin siyahısına gəlincə ilk yeri 62033 sayı ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Telefon nömrəsi üzrə axtarış xidməti tutur. Növbəti yerləri isə Dövlət Sosial Müdafiə Fondunun Sığortaolunanın illər üzrə ödənişləri və pensiya kapitalı (3468), Sığortaedənin uçot nömrəsinin öyrənilməsi (3246), Məcburi dövlət sosial sığotasına cəlb olunan gəlirlər və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı barədə məlumatın əldə edilməsi (2420), Pensiya kalkulyatoru (1482), Pensiyaçıya məlumatların verilməsi (1223) xidmətləri tutur. 2013-cü ilin dekabr ayı üzrə yeddinci yeri 753 sayla Ədliyyə Nazirliyinin Azərbaycan adları barədə məlumatın verilməsi xidməti tutur.
Sizin Reklam Yeriniz