Əlaqə Arxiv
news Image
2014.01.15
15:12
| A A A
Rusiyada ölən həmyerlimizin kimliyi bilindi

Rusiya paytaxtında qətlə yetirilən azərbaycanlının kimliyi məlum olub. APA-nın Moskva müxbirinin əldə etdiyi məlumata görə, çoxlu sayda bıçaq xəsarətləri ilə öldürülən Azərbaycan vətəndaşı 1984-cü il təvəllüdlü Ağayev Füzuli Nizami oğludur. Qeyd edək ki, dünən Moskvanın cənubunda saat 22.36-da polisə 2-ci Kotlyakovski döngəsi, ev 1 ünvanında insident baş verdiyi haqda məlumat daxil olub. Hadisə yerinə gedən polislər bir nəfərin bıçaqlanaraq öldürüldüyünü aşkarlayıblar. Qətlin meyvə-tərəvəz bazasında məişət zəminində baş vermiş mübahisə zamanı törədildiyi bildirilir. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

 

Sizin Reklam Yeriniz