Əlaqə Arxiv
news Image
2014.01.15
16:25
| A A A
Aprelin 1-dən «Euro-4» standartına cavab verməyən avtomobillərin idxalı dayandırılacaq

Azərbaycanda Avro-3 standartlarına keçmədən Avro-4 ekoloji standartları tətbiq ediləcək. Bu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunun direktoru Sabiq Abdullayev mətbuat konfransında bildirib. Onun sözlərinə görə, standartların tətbiqinə bu il aprelin 1-dən başlanacaq. Bu həm idxal olunan, həm də ölkədə istehsal olunan avtomobillərə aiddir. Rusiya istehsalı olan avtomobillər Avro-4 ekoloji standartlarına cavab verəcəyi halda ölkəyə idxal olunacaq. 1 aprel 2014-cü il tarixdən etibarən avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikası ərazisinə idxalı aşağıdakı cədvələ uyğun həyata keçiriləcək:

Nəqliyyat vasitəsinin mənşə ölkəsi

Nəqliyyat vasitəsinin buraxılış illəri

Avropa İttifaqına daxil olan ölkələr (Almaniya, Böyük Britaniya, Belçika, Avstriya, Çexiya, Polşa, Niderland, İtaliya və s.)

2005-ci ildən

ABŞ

2004-cü ildən

Yaponiya

2011-ci ildən

Çin

2011-ci ildən

Koreya

2006-cı ildən

Türkiyə

2009-cu ildən


Sizin Reklam Yeriniz