Əlaqə Arxiv
news Image
2014.01.15
20:12
| A A A
Rüşvətxorluqda təqsirləndirilən sabiq bələdiyyə sədrinə və müavininə hökm oxundu

Hökmə əsasən, B.İsayev 9 il 6 ay , Ə.Panayev isə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakının Binə qəsəbə bələdiyyəsinin rüşvətxorluqda təqsirləndirilən sabiq sədri Babaxan İsayev və onun müavini Əlisa Panayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, B.İsayev 9 il 6 ay , Ə.Panayev isə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


Məlumata görə, Babaxan İsayev öz xidməti otağında müavini Əlisa Panayevlə birgə vətəndaşdan rüşvət alarkən saxlanılıblar. Onların yaşadıqları ünvanda, Binə bələdiyyəsinin inzibati binasında və onların istifadəsində olan digər saxlanc yerlərində aparılmış axtarış zamanı üzərinə Binə qəsəbə nümayəndəliyinin və digər təşkilatların möhür və ştampları vurulmuş boş blanklar, habelə Bakı şəhəri "Su təsərrüfatı" kiçik müəssisəsinin, 1 №-li Mənzil-tikinti kooperativinin və ayrı-ayrı dövlət orqanlarına məxsus möhür və ştamplar aşkar edilərək götürülüb.


Törətdikləri cinayət əməllərinə görə Babaxan İsayev və Əlisa Panayevə Cinayət Məcəlləsinin 311.3.1-ci (rüşvət alma) maddəsi ilə ittiham elan olunub, barələrində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.


Sizin Reklam Yeriniz