Əlaqə Arxiv
news Image
2014.01.15
19:01
| A A A
Ərdoğan: 1915-ci il həqiqətlərinin dünyaya çatdırılması üçün hamı hazır olmalıdır

1915-ci il həqiqətlərinin dünyaya çatdırılması üçün hamı hazır olmalıdır. Trend-in məlumatına görə, bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən Türkiyə səfirlərinin konfransında bildirib.

Baş nazir qeyd edib ki, bu gün baş verənləri anlamaq üçün tarixə nəzər salmaq lazımdır: "Tarixi unutmaq cinayətdir".

Qeyd edək ki, Ermənistan hər il aprelin 24-də qondarma "erməni soyqırımı"nı qeyd edir. Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı İmperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri 1915-ci il qondarma "soyqırım"ı tanıyıblar.

Sizin Reklam Yeriniz