Əlaqə Arxiv
news Image
2014.01.15
19:45
| A A A
Anders Foq Rasmussen: Azərbaycan NATO-nun dəyərli və mühüm tərəfdaşıdır

Azərbaycan Avropanın enerji təhlükəsizliyinin, eyni zamanda, Cənubi Qafqazda sülh və sabitiliyin təmin olunmasında mühüm əhəmiyyət kəsb edir. Trend-in məlumatına görə, bunu NATO-nun baş katibi Anders Foq Rasmussen Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünün yekunü üzrə keçirilən mətbuat konfransında deyib.


Anders Foq Rasmussen bildirib ki, Azərbaycan NATO-nun dəyərli və mühüm tərəfdaşıdır: "Cənab Prezident, sizin Brüsselə gəlişiniz və bizim bugünkü görüşümüz NATO-nun və sizin bizim tərəfdaşlığımıza sadiqliyinizi nümayiş etdirir. Bu onu göstərir ki, biz Cənubi Qafqaz regionuna sadiqik və sadiq qalacağıq. Biz Azərbaycanın Əfqanstandakı əməliyyatlara, həmçinin tranzit məsələlərində və Əfqanıstan qüvvələrinin təlimində göstərdiyi dəstəyi yüksək dəyərləndiririk".


NATO-nin baş katibi Azərbaycanın Əfqanıstandakı xidmətlərini yüksək dəyərləndirib: "Mən 2014-cü ildən sonra növbəti missiyada Əfqanstanı dəstəkləmək qərarınızı alqışlayıram. Bu qərar NATO-ya aşkar sadiqliyi göstərir".

Onun sözlərinə görə, NATO-Azərbaycan əməkdaşlığı inkişaf edir. Anders Foq Rasmussen bildirib ki, strateji məsələlər, o cümlədən terrorizmlə mübarizə, davamlı islahatlar NATO-Azərbaycan əməkdaşlığı üçün mühüm əhəmiyyət kəsb edir və alyans bu istiqamətdə kömək göstərməkdə davam edəcək: "Biz əməkdaşlığı daha da dərinləşdirə bilərik".

Baş katib qeyd edib ki, NATO-Azərbaycan əməkdaşlığının daha da inkişaf etdirilməsi üçün potensial mövcuddur: "Bizim silahlı qüvvələrimizin birgə işləməsi vacibdir ki, birgə sülhməramlı əməliyyatlar həyata keçirək. Bundan əlavə, silahlı qüvvələrdə islahatlar davam edir, NATO-nun bu sahədə geniş təcrübəsi var və biz bu istiqamətdə Azərbaycanla əməkdaşlıq edirik. Əlbəttə, enerji təhlükəsizliyi mühüm əhəmiyyət kəsb edən, ümumi maraqları, strateji və təhlükəsizlik aspektlərini əks etdirən məsələdir və biz bu istiqamətdə əməkdaşlığı daha da genişləndirə bilərik".

Sizin Reklam Yeriniz