“Şəfa-broyler”in müdirinin ölüm xəbəri yalan çıxdı
"Şəfa-broyler"in müdirinin ölüm xəbəri yalan
çıxdı. "Qafqazinfo"ya Suraxanı polis bölməsindən verilən
məlumata görə, ölüm xəbəri yayılan və "Şəfa-broyler"in müdiri kimi
təqdim olunan Taleh Tağıyev Hövsan Südçülük Sovxozunun işçisidir.
O, dünən sözügedən şirkətin işçisi Ramiz Mustafayevin
idarə etdiyi "Mercedes" markalı avtomobilin arxaya verməsi
nəticəsində həlak olub.Qeyd edək ki, bu gün DİN-in saytında
"Şəfa-broyler"in müdirinin faciəvi şəkildə həlak olması ilə bağlı
məlumat yayılmışdı. Məlumatda qeyd olunurdu ki, yanvarın 14-də
Suraxanı rayonundakı "Şəfa-broyler" şirkətinin ərazisində,
oranın işçisi, Gürcüstan vətəndaşı Ramiz Mustafayev idarə etdiyi
"Mercedes" markalı avtomobili arxaya verərkən şirkətin müdiri, Bakı
şəhər sakini Taleh Tağıyevi divara sıxıb. T.Tağıyevi hadisə yerində
ölüb.