Əlaqə Arxiv
news Image
2014.01.15
18:56
| A A A
Ən təhlükəsiz aviaşirkətlər bunlardır
Almaniyanın "Jacdec" araşdırma şirkəti dünyanın ən təhlükəsiz aviadaşımalar üzrə illik reytinqini açıqlayıb. "APA-Economics"in məlumatına görə, reytinqdə ilk yeri Avstraliyanın "Air Nyu Zealand" şirkəti tutub. Ötən ilin birincisi olmuş Finlandiyanın "Finnair" şirkəti Honkonqun "Cathay Pacific Airways" şirkətindən sonra üçüncü olub. Sonrakı yerləri "Emirates", "Eva Air", "British Airways" tutur. İlk onluğu isə "TAP Portugal", "Etihad Airways", "Air Canada" və "Qantas" tamamlayır. Siyahının ilk onluğunda Rusiya və Türkiyə şirkətləri yoxdur. Qeyd edək ki, "Jacdec" araşdırma şirkəti təhlükəsizlik indeksini son 30 il ərzində qeydə alınan aviaqəzalar və şirkətlərin sərnişin daşımalarından əldə olunan gəlirlərini nəzərə almaqla tərtib edir.
Sizin Reklam Yeriniz