Əlaqə Arxiv
news Image
2014.01.16
13:41
| A A A
Azərbaycanda ailə quran kimsəsiz gənclərə ev veriləcək

"Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" qanuna əlavələr layihəsi hazırlanır

Azərbaycanda uşaq evindən sonra 18 yaşını tamam etmiş valideyn himayəsindən məhrum, kimsəsiz gənc ailə qurduğu təqdirdə, icbari olaraq evlə təmin olunacaq.


Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı Ailə, Mənzil, Şəhərsalma və Tikinti məcəllələrinə, həmçinin "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" qanuna əlavələr layihəsi hazırlanır.


Layihəyə əsasən, ailə quran valideyn himayəsindən məhrum, kimsəsiz böyümüş gəncə respublikanın müvafiq şəhərlərində tikilən yeni binalardan bir mənzil veriləcək. Bununla bağlı layihədə dövlət tərəfindən xüsusi güzəştlər ayrılacaq və binaların tikintisi ilə məşğul olan sahibkarın üzərinə müəyyən məsuliyyət qoyulacaq.


Layihənin bu il hazırlanaraq Milli Məclisdə müzakirəyə çıxarılması planlaşdırılır.


Sizin Reklam Yeriniz