Əlaqə Arxiv
news Image
2014.01.16
14:21
| A A A
68 direktor işdən çıxarılıb
"2013-cü ildə çalışmanın son yaş həddinə çatmış 68 məktəb direktoru işdən azad edilib".  Bu barədə modern.az saytının sorğusuna cavab olaraq Təhsil Nazirliyindən məlumat verilib.  Məlumatda o da bildirilib ki, ötən il ərzində 65 yaşına çatmış 93 məktəb direktoru ilə müqavilə müddəti bir il uzadılıb. 65 yaşı tamam olmuş müəllimlərdən neçəsinin işdən azad edildiyi isə hələlik məlum deyil.  Təhsil Nazirliyindən bildirilib ki, müəllimlərə dair məsələlərə dərs ilinin sonunda baxılır və ümumiləşdirmə aparılır. "Bu səbəbdən çalışmanın son yaş həddinə çatmış müəllimlərin işdən azad edilməsi və ya müqavilə müddətinin uzadılması ilə bağlı statistika dərs ilinin sonunda məlum olacaq".
Sizin Reklam Yeriniz