Əlaqə Arxiv
news Image
2014.01.16
15:26
| A A A
İnternet vasitəsilə uşaq satışa çıxaran şəbəkə çökdürüldü

Filippində uşaqların internet vasitəsilə cinsi məzmunlu görüntülərini yayan bir şəbəkə çökdürülüb. İngiltərə polisinin , Avstraliya və ABŞ polisi ilə reallaşdırdığı ortaq əməliyyat 14 fərqli ölkəni əhatə edir. Movqe.Az xəbər verir ki, İngiltərə cinayətkarlıqla Mübarizə Vahidi , əməliyyatda 17 İngilis vətəndaşının həbs olunduğunu bildirib. Nəzarətə alınan 17 İngilisin beşi təqsirkar bilinib , biri haqqında başqa əməliyyat edilməyəcək , iki İngilis şübhəli isə dünyasını dəyişib. Doqquz şübhəlinin sorğusuna isə davam edildiyi bildirilib. Filipində cinsi istismar qurbanı olduğu təyin olunan yaşları 6-15 arasında dəyişən 15 uşaq xilas edilib. "Cəhd " olaraq adlandırılan əməliyyat çərçivəsində 29 nəfər nəzarətə alınıb. Nəzarətə alınanların , Avstraliya , ABŞ , Fransa , Almaniya , Kanada , Hong Kong , Hollandiya , İsveç , Norveç , Tayvan , Danimarka və İsveçrədən olduğu bildirilib. İnternetdə kompüter kamerasıyla uşaq istismarını canlı izləmək üçün pul ödəyən və 139-u İngilis vətəndaşı olan 733 şübhəli haqqındakı digər üç istintaqın  davam etdiyi deyilib.


Filippində 2012-ci ildə başlayan istintaqda İngilis səlahiyyətlilər , Avstraliya Federal Polisi və ABŞ İmmiqrasiya və Gömrük Bürosu ortaq çalışıb.


İstintaqda , müştərilərin ödədiyi pulların cəminin 37 min 500 sterlinqdən ( təxminən 62 min dollardan ) çox olduğu , bəzi hadisələrdə uşaqları istismar edən qohumlarına da pul ödəndiyi ortaya çıxıb.

Sizin Reklam Yeriniz